Modern.az

Azercell-dən ən sərfəli rouminq qiymətləri

Azercell-dən ən sərfəli rouminq qiymətləri

17 İyun 2014, 10:25


Səyahət zamanı həm telefon, həm də internetdən rahat istifadə edin

“Moldovada tələbələr üçün çox maraqlı təlim üçün iştirakçı seçilmişdim. İlk dəfə  Azərbaycandan kənara çıxacaqdım, təbii ki, həyəcanlıydım. Həm təlimdəki çıxışa hazırlaşırdım, həm də səfərin özünə. Gedəcəyim ölkə haqqında məlumatlar oxuyurdum, nələrin vacib olduğunu öyrənirdim”.

İkinci kurs tələbəsi Ləman bu yaxınlarda etdiyi ilk xarici səfərinin təfərrüatlarını bizimlə bölüşür. Deyir ki, tələbə ikən Avropa ölkəsinə getmək hər adama nəsib olmur: “Düzdür, gedəcəyim Moldova hələ Avropa İttifaqının üzvü deyil. Amma az qalmayıb. Kişinyov həm əhalisinin davranışı, həm də öz ruhuna görə elə əsl Avropadır”. Ləmanın qeyd etdiyi xüsusiyyətlərlə yanaşı, Moldova dünya turistlərini yaşıl təbiəti, qədim qala və kilsələri, zəngin mətbəxi və bənzərsiz mədəniyyəti ilə daima özünə cəlb edib.    

Amma Ləmanı maraqlandıran əsas məsələlərdən biri də telefonla bağlı olub: “İlk dəfə tələbə qızı xaricə göndərən valideynlərin ilk tapşırığı nə ola bilər? “Çatan kimi xəbər elə”. Bunun üçünsə ya telefon lazımdır, ya da internet. Azərbaycanda hər ikisi mobil telefonumda var. Bəs orada olanda neyləyəcəkdim?” Ləman məsləhət üçün abunəçisi olduğu “Azercell Telekom” MMC-nin müştəri xidmətlərinə üz tutub. Orada aldığı cavab isə qızın özünü də, ailəsini də sakitləşdirib.

Məlum olub ki, Azercell-lə dünyanın istənilən ölkəsinə rahatca səyahət etmək olar. Çünki şirkətin  159 ölkənin 444 operatoru ilə rouminq sazişi var. Lakin Moldovaya səfər edənlərin bəxti isə ikiqat gətirib. Çünki bu ölkənin ən aparıcı mobil operatoru Moldcell dünyanın ən iri telekommunikasiya şirkəti olan TeliaSonera-nın üzvüdür. Azercell də bu şəbəkəyə daxil olduğundan, Moldovada olarkən Azercell-lilər Moldcell-i seçməklə rouminqdə çox sərfəli qiymətə danışa bilərlər.

Ləman kimi Moldovaya gedən digər Azercell-lilər də rouminqdə ikən ölkə daxili zənglərin dəqiqəsi 0,25 AZN, Azərbaycana və digər istiqamətlərə  edilən zənglər  dəqiqəsi cəmi 50 qəpik tarifi ilə danışa bilərlər. 1 SMS- 0.09 qəpik, 1MB internet isə 0.45 qəpik tarifi ilə hesablanır. Xüsusi vurğulamaq lazımdır ki, rouminq üçün belə qiymətləri yalnız Azercell təqdim edir. Bundan əlavə, qeyd edək ki, Azercell Telekom əvvəllər rominq xidmətlərinin açılması üçün lazım olan depozit hesabı  yay mövsümü ilə əlaqədar 13 iyun- 31 avqust 2014 il tarixləri arası ləğv edib. İndi bütün azercell Fakturalı xətt abunəçiləri rahat şəkildə rominq xidmətlərini özləri idarə edəcəklər. Kampaniya çərçivəsində Azercell Fakturalı xətt abunəçiləri depozit məbləği ödəmədən müvafiq açar sözünü (START/STOP/STATUS) 8808 qısa nömrəsinə SMS vasitəsilə göndərməklə rominq xidmətini aktivləşdirmək, deaktivləşdirmək və cari status haqqında məlumatı əldə edə bilərlər. Rahat səyahət edin və doyunca ünsiyyət qurun!

Belə sərfəli rominq qiymətləri mövcud olduğu üçün artıq sıfır edilən ölkənin yerli operatorlarına məxsus SİM kart, yaxud da turistik nömrələr almağa ehtiyac qalmır. Azercell abunəçiləri öz nömrələri ilə heç bir depozit açdırmadan dünyanın istənilən ölkəsindən rahat şəkildə danışa bilərlər. 

Hazırda Azercell nəinki Moldovaya, ümumiyyətlə bütün TeliaSonera ölkələrinə səfər edən müştəriləri üçün vahid tarif cədvəli tətbiq edir. Belə ki, dünyanın 15 ölkəsinə səyahət edən Azercell abunəçiləri rouminq zamanı 1 dəqiqə danışıq üçün cəmi 50 qəpik ödəyirlər. Bu qiymət Moldova ilə yanaşı Danimarka, Estoniya, Finlandiya, Qazaxıstan, Latviya, Litva, Norveç,, İspaniya, İsveç, Tacikistan, Gürcüstan və Özbəkistan üçün tətbiq edilir. Hər bir ölkədə daxil olan zənglərin dəqiqəsi yarıbayarı ucuzdur – 25 qəpik. Müqayisə üçün qeyd edək ki, ölkənin mobil rabitə bazarında bu ölkələr üçün rouminq qiymətləri demək olar 3 dəfə bahadır.

Moldcell də mütəmadi olaraq rouminqdə qiymətlərin aşağı salınması üçün müxtəlif kampaniyalar tətbiq edir. Azərbaycanda və digər TeliaSonera ölkələrində olan Moldcell  abunəçiləri yerli zənglər üçün 5 ley (28 qəpik), öz ölkələrinə və başqa istiqamətlərə edilən zənglər üçün isə 9 ley (51 qəpik) ödəyirlər. Halbuki, digər ölkələr üçün bu qiymətlər 15 leydən (təxminən 85 qəpik) başlayır.

Aydın məsələdir ki, bu cür sərfəli rouminq şərtləri yalnız TeliaSoneranın hesabına mümkün olub. TeliaSonera üzv operatorların abunəçisi olmaq digər üstünlüklər də vəd edir. Məsələn, dünyanın 20 ölkəsində 150 milyondan artıq abunəçi rouminq zamanı həm də sərfəli internet tariflərindən yararlanır. Bu da xaricdə ikən işlərdən uzaqlaşmamağa, işgüzar məktublar yazmağa, dost-tanışlardan xəbər tutmağa, ən əsası da getdiyin yerdə check-in eləyib sosial şəbəkələrdə maraqlı şəkillər paylaşmağa imkan verir.

 

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu