Modern.az

ATU-da Türkiyə tibb mərkəzləri ilə telekonfrans keçirilib - FOTO

ATU-da Türkiyə tibb mərkəzləri ilə telekonfrans keçirilib - FOTO

Təhsil

17 İyun 2014, 10:30


Azərbaycan Tibb Universitetində Türkiyəli alimlərin iştirakı ilə telekonfrans keçirilib. Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, bağlantıya ATU professorları ilə yanaşı,Türkiyənin Bilim Universiteti, Şişli “FLORENCE NİGHTİNGALE” Araşdırma və uyğulama xəstəxanasının mütəxəssisləri qatılıblar.

ATU-nun Tədrik Terapevtik Klinikasında baş tutan canlı telekonfrans zamanı Metabolik xəstəliklər, belə xəstəliklər zamanı qaraciyər transplantasiyası mövzusunda çıxışlar olub. Bu mövzuda professor Dr. Yaman Tokat, Yıldıray Yüzey, Ahmet Aydın və Tülay Erkan danışıblar. Həmçinin, depo xəstəlikləri, aminturşu metobolizm pozğunluqları, üzvi asimediyalar mövzusunda məruzələr səslənib.

Canlı bağlantının sonunda xəstəlik faktlarına dair müzakirələr aparılıb. Konfrans zamanı Tibb Universitetində aparılan müayinə və müalicələr, əməliyyatlar barədə videofaktlar açıqlanıb. Öz növbəsində, türkiyəli mütəxəssislər də müzakirə olunan xəstəliklərə dair həyata keçirilən uğurlu müalicələr haqqında məlumatları, foto və video çarxları nümayiş etdiriblər.


    Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu