Modern.az

Rusiya Ukrayna ilə bağlı qətnamə layihəsi təqdim etdi

Rusiya Ukrayna ilə bağlı qətnamə layihəsi təqdim etdi

17 İyun 2014, 10:37


Rusiya BMT Təhlükəsizlik Şurasının iclasında Ukrayna ilə bağlı yeni qətnamə layihəsi təqdim edib.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki,  qətnamə layihəsini Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin təqdim edib. Rusiya rəsmisi bununla bağlı məqamlara da aydınlıq gətirib:

“Siz bilirsiniz ki, biz Ukraynadakı prosesləri çox diqqətlə izləyirik. Əlbəttə, bu BMT Təhlükəsizlik Şurasına sədrlik edən Rusiyanın prioritetlərindən biridir. Son iki həftə ərzində Rusiya Ukrayna ilə bağlı iki qətnamə təqdim edib. Burada humanitar aspektlərlə yanaşı, siyasi məsələlər də öz əksini tapıb. Biz belə qətnamələrin üzərində aktiv iş aparırıq”,-deyə V. Çurkin bildirib.  

Modern.az    

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu