Modern.az

İŞİD-lə bağlı daha bir şok iddia: “İraq və Suriyada döyüşüb Türkiyəyə kabab yeməyə gəlirlər”

İŞİD-lə bağlı daha bir şok iddia: “İraq və Suriyada döyüşüb Türkiyəyə kabab yeməyə gəlirlər”

17 İyun 2014, 11:20



Keçmiş baş nazir köməkçisi və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından Əbdüllətif Şənər “İraq Şam İslam Dövləti” (İŞİD) terrorçularının İraq və Suriyada döyüşdükdən sonra kabab yemək üçün Türkiyəyə keçdiklərini iddia edib. Modern.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Əbdüllətif Şənə jurnalistlərin gündəmlə bağlı suallarına cavab verərkən   bunları söyləyib:

“Suriya və İraqda can, mal, namus təhlükəsizliyi tamamilə ortadan qalxıb. Türkiyə öz əli ilə terrorçu qruplarla qonşu oldu. Baş nazirin yürütdüyü Orta Şərq siyasəti şikəstdir, səhvdir. İşdə ittifaq qurduğunuz təşkilatlardan biri sonunda gəldi, silahları sizə doğru yönəltdi. Mosulu və Türkiyənin baş konsolluğunu işğal etdi, burada olan 49 vətəndaşımızı, diplomatımızı əsir götürdü. Bu bəs etmədi, İraqda çalışan işçi və sürücülərimizi əsir götürdülər. Baş nazirin danışıqlarını diqqətli bir şəkildə izləyirəm. Az qala İŞİD-in adını ağzına alarkən “salavat” çevirəcək. Çox nəzakətli, çox incə. Sanki qarşısında min illik bir dövlət və diplomatiya təcrübəsi olan bir ölkədən, bir dövlətdən bəhs edərcəsinə böyük nəzakət göstərməyə diqqət göstərir.

İndi hörmətli baş nazirdən soruşuram: “Bu əli qanlı terror təşkilatına qarşı göstərdiyiniz bu nəzakət ifadələri və üslub nəyin əsəridir? Hansı səbəbdən belə davranırsınız? Dünya bu təşkilatı gəlmiş keçmiş ən əli qanlı təşkilat elan etmişkən, siz hələ bu canilərə qarşı bu incə diplomatik üslubu nə üçün davam etdirirsiniz? Yoxsa, çox dərin iş birlikləri etdiniz keçmişdə də sərt və ağır bildirişlər verdiyiniz zaman o keçmişdəki əməkdaşlığınızdan bəhs edər də xəcalətli olaram deyəmi qorxursan? Əgər belə düşünürsünüzsə, bu minlərlə illik dövlət təcrübəsi olan Türkiyə cümhuriyyətinin bir baş nazirinin mənimsəyəcəyi üslub deyil”.

Əbdüllətif Şənərin fikrincə, Türkiyə qəti mövqeyini ortaya qoymalıdır: “Bir an əvvəl vətəndaşlarımızın buraxılmasını istəyirik. Dünyanın dörd bir tərəfindən gələnlər Türkiyədən Suriya və İraqa keçir, Suriya və İraq ordusu ilə döyüşdükdən sonra yorulur və kabab yemək üçün Türkiyəyə gəlmələri, Türkiyənin də əhəmiyyətli bir risklə qarşı-qarşıya qaldığını göstərməkdədir”

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu