"Müsavat Partiyanın üzvləri arasındakı qalmaqal heç də partiyanın nüfuzuna öldürücü zərbə və xələl gətirmir". Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı partiyada gedən qalmaqal haqda danışarkən bildirib. O qeyd edib ki, Müsavat demokratik partiyadır və onun üzvləridə azad fikir demək hüququna sahibdirlər.
“Təbii ki, əgər onların bildirdikləri fikirləri əsaslandırılıb arxasında durmağıda bacarmalıdır. Və partiyaya qarşı qərəzli və haqsız ədalətsiz mövqe varsa bu partiyanın tərəfindən araşdırılar. Amma ümumi götürəndə İkram İsrafil və Səxavət Əlisoy arasındakı debat qurultaydan daha çox şəxsi qəbulolunmamazlıq kimi görünür”. Müsavat Partiyasının İcra Aparatının rəhbəri Arif Hacılı isə qalmaqalla bağlı heç bir söz demiyib. “Mən baş verən qalmaqalla bağlı heç bir şərh verə bilmərəm”.Qeyd edək ki, Partiyanın Divan üzvü İkram İsrafil ilə Başqan müşaviri Səxavət Əlisoy arasında qalmaqal yaşanıb. Belə ki, İkram İsrafil mətbuata açıqlamasında Səxavət Əlisoyun partiyada limitinin bitdiyini bildirib. Başqan müşaviri Səxavət Əlisoy isə öz növbəsində sosial şəbəkələrdə paylaşdığı statusda İkram İsrafilin ünvanına sərt ittihamlar səsləndirərək onu falçı, görücü və ufoloq adlandırıb.
Rafiq Qənbərov