Modern.az

Bir gündə yollarda 12 nəfər ölüb

Bir gündə yollarda 12 nəfər ölüb

17 İyun 2014, 13:31



İyun ayının 16-da Azərbaycanın avtomobil yollarında baş verən 11 yol-nəqliyyat hadisəsi nəticəsində 12 nəfər ölüb, 20 nəfər yaralanıb. Modern.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 57 cinayət faktı qeydə alınıb, onların da 26-sı “isti izlər”lə açılıb. Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 4 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 10, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 25 nəfər tutulub.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu