Modern.az

Elmira Axundova Yazıçılar Birliyinə təklif verdi

Elmira Axundova Yazıçılar Birliyinə təklif verdi

17 İyun 2014, 13:44

“Bu gün “525-ci qəzet” Yazışılar Birliyinin qəzeti olmasa da, ədəbi prosesə çox güclü təsir edib. Amma Yazıçılar Biriliyinin öz mətbu orqanları haqqında bunu demək olmaz. Çox cüzi tirajla ədəbi prosesi təsis etmək mümkün deyil. Mən təklif edirəm ki, bu gün Yazıçılar Birliyinin mətbu orqanları vahid bir holdinq ətrafında birləşsin. Onda konkret ədəbiyyat qurmaq mümkün olar”.

Modern.az saytı xəbər verir ki, bunu deputat Elmira Axundova Yazıçılar Birliyinin qurultayında təklif olaraq bildirib.

Qeyd edək ki, E.Axundova Yazıçılar Birliyinin üzvü və digər 6 deputat-yazıçı kimi qurultayın rəsmi nümayəndəsidir.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu