Modern.az

Əhmədlidə həyətin idman meydançasını dağıdıb, SATIBLAR - FOTO

Əhmədlidə həyətin idman meydançasını dağıdıb, SATIBLAR - FOTO

Təhsil

17 İyun 2014, 14:23

Meydançanın yanındakı çardaq sökülüb, ərazini maşın dayanacağı etmək istəyirlər

Bakı şəhəri Xətai rayonu Nəsrəddin Tusi küçəsinin sakinləri iyunun 16-da maraqlı hadisə ilə üzləşiblər. Sakinlər Modern.az-a bildiriblər ki, Tusi-21 ünvanda yerləşən həyətdə idman meydançasında quraşdırılmış dəmir oturaqcaqlar, yelləncəklər və köşk (çardaq) qaynaqla kəsilərək yerə atılıb. Qeyri-iş günü olmasına baxmayaraq əraziyə baxan 88 saylı MİS-in işçiləri ərazidə təmizlik aparırdılar. Bu, sakinlərdə şübhə yaradıb. Əraziyə toplaşan sakinlərin araşdırmasına görə, idman meydançasının yeri maşın dayanacağı yaratmaq istəyən naməlum iş adamının güdazına geidb. Dəmir çardağı da o sökdürüb. Küçənin sakini Zakir Hüseynov deyib ki, çardağı söküblər ki, sakinlər buna öyrəşsin, sonra sakinlərin istirahət yeri olan idman meydançası avtomobil dayanacağına çevrilsin: “Bu barədə lazımi orqanlara müraciət edəcəyik. Əgər bu işdə 88 saylı MİS-in əli varsa, yuxarı instansiyalara müraciət edəcəyik. Belə özbaşınalıq olmaz! Bu balaca yer sakinlərin yeganə istirahət yeridir. Bunu da əlimizdən alıb iş adamlarına satmaq istəyirlər”.



Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu