Modern.az

Yeni mənzil alarkən diqqətli olun-www.domik.az

Yeni mənzil alarkən diqqətli olun-www.domik.az

Təhsil

17 İyun 2014, 16:51


Mənzil almaq ərəfəsində insanları ən çox maraqlandıran uyğun yaşayış sahəsinin seçilməsidir. Statistikaya görə, potensial alıcılar Bakının yeni tikililərindəki mənzillərə üstünlük verirlər və yalnız bundan sonra köhnə tikili bazarına müraciət edirlər. Bu ona görə baş verir ki, hər kəs anlayır ki, Bakı “novostroykalar”ındakı mənzillərin danılmaz üstünlüyü onun uzun ömürlüyüdür. Bu göstərici 10-20 il , bəzi hallarda isə daha əvvəl tikilmiş köhnə tikililərdən 2-3 dəfə çox olur. Beləliklə, ev alarkən nədən başlamağınızı bilmirsiz? Əsas məsələdən başlayaq. Bu işin maddi tərəfidir. Hər şeydən əvvəl bu tip daşınmaz əmlakın neçəyə başa gələcəyini bilməlisiniz. Bunu bilmək üçün axtarış sisteminə “Bakı yeni tikili qiymətlər” açar sözlərini axtarış sistemində qeyd etməyiniz lazımdır, və ya sadəcə olaraq Bakının bütün yeni tikililəri haqqında informasiyanı www.domik.az daşınmaz əmlak portalından ala bilərsiniz. Nəticədə siz yeni tikililər və onların qiyməti haqqında ətraflı məlumat əldə edəcəksiniz.

Bazardakı təklifləri araşdırarkən siz “Bakı novostroykaları”nın qiymətləri arasında gülünc olacaq qədər aşağı qiymətdən başlayaraq fantastik şişirdilmiş qiymətlərə qədər hər növ mənzillər görəcəksiniz. Sizə qərar vermək qalır. Siz yeni əmlakınıza nə qədər xərcləmək istəyirsiniz?. Əgər sizin birinici məqsədiniz qənaət etməkdirsə, tikintidə iş ortağı kimi iştirak etmək seçimi daha məqsədə uyğundur. Maddi tərəfdən bu, çox sərfəlidir. Axı loru dildə desək “katlavan” səviyyəsindəki Bakıdakı “Novostroykalar”ın qiyməti hazır mənzillərdən 20-30% ucuz olur. Amma bu halda həmişə işin bitmə müddətinin hər hansı səbəblərdən uzanma təhlükəsi var. Buna görə də əgər ən qısa müddətdə öz evinizə köçmək niyyətindəsinizsə onda 1 variant qalır – Hazır yeni tikililər. Bu halda belə, lazım olan mənzili tapmaq üçün xeyli yorulmalı olacaqsınız.

Mənzil seçimində yekun qiymətə təsir edəcək bir çox xırda nüanslara fikir verməli olacaqsınız. Bu nüansların arasında ən əsas nüans olaraq yeni tikilinin yerləşdiyi ərazini qeyd etmək olar. Bunun öhdəsindən gəlmək üçün isə sizə Bakida yeni tikililərin xəritəsinbi təqdim edirik. Qiymətə təsir edəcək aspektlərdən ikincisinə evin tipi və sinifi aid edilə bilər.

Hazır “novostroykalar” panel, kərpic tipli və monolit-karkas ola bilər. Sinif təsnifatına gəldikdə isə evlər ekonom, komfort, biznes və elit olaraq bölünür. Belə ki, ən ucuz variant panel tipli və ekonom sinifə aid, ən bahali isə monolit-karkas tipli elit sinfinə aid evlər olur. Evlərin parametrləri ilə dəqiqləşəndən sonra evin özünün daha dəqiq analizi ilə məşğul ola bilərsiniz. Ilk növbədə ümumi sahəyə (kvadraturaya) fikir vermək lazımdır. Bununla siz 1m2 sahəyə düşən qiyməti hesablaya bilərsiniz. Bu isə sizə qiymətin bazar qiymətinə uyğun və ya süni qaldırılmış olması haqqında fikir sahibi olmağa kömək edəcək. Sonra evin planirovkası ilə bağlı nüanslara fikir verilir. Burda nəzərinizə çatdırmaq istərdik ki, sərbəst planirovkası olan evlər standart planlı evlərə nisbətən daha bahalı olur.

Son qiymətə təsir edəcək daha bir aspekt isə təmirdir. Müştərilərə seçim olaraq hazır təmir olunmuş mənzillər və ya “boş divarlar” təqdim olunur. El arasında “qoliy divar-yeni tikili” adlanan bu evlər sizin üçün daha ucuz başa gələcək və öz zövqünüzə uyğun təmir imkanı verəcək. Ən son olaraq isə Bakıda yeni tikili alarkən diqqət edəcəyiniz əsas məsələ: sənədlərin düzgünlüyü olmalıdır. Bütün bunlara əməl etmək, seçiminizin dürüstlüyüə inanmaq istəyirsinizə mütləq WWW.DOMİK.AZ saytına müraciət edin.

 

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu