Baş nazirin müavini, Qaçqınların və Kəcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov yaxın günlərdə Xocalı soyqırımında hər iki valideynini itirmiş 25 gənclə görüşəcək. Modern.az saytının xəbərinə görə, Əli Həsənov bu haqda iyunun 17-də Binəqədi rayonunda vətəndaşlar üçün keçirdiyi qəbul zamanı məlumat verib.
“Bu yaxınlarda Bakıda onların hamısını bir yerə yığıb, görüşəcəm. Həmin gənclərdən rayonlarda yaşayanlar varsa, onlar da görüşə dəvət olunacaq”.
Əli Həsənov deyib ki, Xocalı soyqırımında hər iki valideynini itirmiş 25 gəncin müəyyən problemləri var və onlar bua haqda mediada mütəmadi çıxış ediblər. Elə bu görüş də həmin problemlərin həllinə hesablanıb.
Qeyd edək ki, həmin gənclərin problemləri Modern.az saytı vasitəsilə gündəmə gətirilin ictimailəşdiriləndən sonra onları bəzi deputatlar və müvaqif dövlət orqanlarının rəhbərləri qəbul etdilər. Xocalı soyqırımında hər iki valideynini itirmiş 25 gənci narahat edən əsas problem mənzil məsələsidir.
A.Qorxmaz