Braziliyada futbol üzrə Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir. Belçika-Əlcəzair oyununda hesab 2-1 avropalıların xeyrinə olub.
ANS PRESS-in məlumatına görə, 2-ci taymda oyuna fəal başlayan belçikalılar dalbadal iki top vurublar.
Marouane Fellaini 70-ci, Dries Mertens isə 80-ci dəqiqədə komandasını sevindirib.
Əlcəzairdən isə yeganə qolun müəllifi Sofiane Feghouli olub. O, 24-cü dəqiqədə oyunda hesabı açıb.