Modern.az

İraqın baş naziri yüksək rütbəli hərbiçiləri istefaya yolladı

İraqın baş naziri yüksək rütbəli hərbiçiləri istefaya yolladı

18 İyun 2014, 00:35

İraqın baş naziri Nuri əl-Maliki ölkənin hərbi komandanlığının bir neçə nümayəndəsini istefaya yollayıb. Musavat.com-un “Frans Press”ə istinadən verdiyi məlumata görə, bu, İraq Şam İslam dövləti terror qruplaşması ilə davam edən toqquşmalar fonunda baş verib.

İstefaya göndərilənlər arasında terrorçuların birinci ələ keçirdiyi Naynava əyalətinin ali baş komandanı Mehdi əl-Gəryi də var. İşdən qovulan zabitlərdən biri fərrariliyə görə hərbi tribunal qarşısında cavab verəcək. Baş nazir bunu dövlət televiziyasının efirindən bəyan edib.  

Qeyd edək ki, iyunun əvvəllərində İraqda vəziyyət kəskin pisləşib. İraq Şam İslam dövləti terror qruplaşmasının silahlıları Mosul və Tikrit kimi iri şəhərləri ələ keçirdilər və Bağdada hücuma hazırlaşdıqlarını bəyan etdilər. İraq hərbçiləri ələ keçirilən rayonlardan qaçmağa başladılar, bir çoxları əsir götürüldü və ya edam edildi.  

Modern.az  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu