İraq Şam İslam Dövləti (İŞİD) adlı terrorçu qruplaşma daha 60 Türkiyə vətəndaşını qaçırıb.
Modern.az Türkiyə KİV-nə istinadla xəbər verir ki, İraqın Səlahəddin bölgəsi ilə Kərkük arasında yerləşən inşaatda işləyən türk vətəndaşlar girov götürülüb. Bu barədə məlumatı girovluqdan azad edilən türk vətəndaşlarından biri verib.
Qeyd edək ki, İŞİD bir neçə gün bundan öncə Türkiyənin Mosluldakı baş konsulluğunun diplomatları başda olmaqla bir neçə türk vətəndaşını girov götürmüşdü. Onlar azadlığa buraxılmayıb.
Modern.az