Modern.az

Rusiya xarici işlər naziri Azərbaycana gəlib

Rusiya xarici işlər naziri Azərbaycana gəlib

18 İyun 2014, 10:04

Sergey Lavrovun Azərbaycana rəsmi səfəri başlayıb. Modern.az-ın məlumatına görə, danışıqların gündəliyinə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsi də daxildir. Səfər proqramına Azərbaycan prezidenti İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüş daxildir. Bu, 2014-cü il ərazində Azərbaycan və Rusiya XİN başçılarının dördüncü görüşü olacaq.

Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentindən bildirilib ki, tərəflər regional və beynəlxalq gündəmin əsas aspektlərini müzakirə edəcəklər. Müzakirələrdə Həştərxanda keçiriləcək 4-cü Xəzər sammitinə hazırlıq kontekstində Xəzər probleminə diqqət ayrılacaq. Bəzi təhlilçilər Rusiya xarici işlər nazirinin Bakıya səfərində Azərbaycanın Avrasiya və Gömrük İttifaqına üzv olmaqla bağlı məsələnin prioritet olacağını da düşünür.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu