Modern.az

Vahid Əhmədov seçiciləri ilə görüşüb - FOTO

Vahid Əhmədov seçiciləri ilə görüşüb - FOTO

Təhsil

18 İyun 2014, 11:49


Quba seçicilərini Milli Məclisdə təmsil edən millət vəkili Vahid Əhmədov Quba şəhərindəki ofisində növbəti qəbulunu keçirib.

Modern.az xəbər verir ki, ənənəyə müvafiq olaraq qəbuldan öncə seçiciləri ilə görüşən millət vəkili öz fəaliyyəti barədə onlara məlumat verərək, seçicilərinin suallarına cavab verib. Sonradan qəbula gələnləri onların arzusuna uyğun olaraq təkbətək qəbul edib. Bu dəfəki qəbulda 32 Quba sakini və qonşu Xaçmaz rayonundan 3 vətəndaş iştirak edib. Müraciətlərin əsas hissəsi- torpaq məsələləri,işlə təmin olunma, xaricdə müalicə üçün köməkliklərin göstərilməsi, kəndlərdə içməli su probleminin həlli, ev tikintisi üçün yardımların olunması, sosial yardımların təyini və s. məsələlər olub. Qeyd edək ki, sosial yardımların təyini ilə bağlı müraciətlərin çoxu əhalinin müvafiq qanunvericilik aktlarının onlar tərəfindən bilməməsi ilə bağlıdır. Həlli operativ mümkün olan məsələlər deputat tərəfindən müvafiq mərkəzi və rayon İcra Hakimiyyəti ilə birgə həll edilmiş, vaxt tələb edən məsələlər nəzarətə götürülərək istiqamətlər müəyyənləşdirilib. Həmin gün Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin xətti ilə Hindistan Respublikasından Azərabaycana gəlmiş qonaq alim Dr.Niveddita Das Kundu Vahid Əhmədov tərəfindən ofisdə qəbul edilmiş, Quba rayonunun görməli yerləri ilə tanış edilmiş, bölgə barədə ona məlumatlar verilib.

Növbəti qəbul iyul ayına planlaşdırılıb.


  Modern.az  
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu