Modern.az

Saakaşvili Putini terror törətməkdə ittiham etdi

Saakaşvili Putini terror törətməkdə ittiham etdi

18 İyun 2014, 12:55

Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili növbəti dəfə Rusiya dövlət başçısı Vladimir Putin əleyhinə çıxış edib. Modern.az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, M. Saakaşvili Ukraynadakı qaz kəmərində baş verən partlayışa münasibət bildirib. O deyib ki, Rusiyanın 2005-ci ildə Gürcüstandakı qaz kəmərini partladılmasında da  əli olub. Keçmiş prezident bu barədə özünün facebook səhifəsində yazıb: 

“Putinin xətti dəyişmir. 2005-ci ilin yanvarında Rusiyanın Gürcüstanı təchiz etdiyi qaz kəməri partladı. Bu,  “naməlum terrorçular” tərəfindən partladılmışdı. Gürcüstan qışda rekor dərəcədə şaxtalarda istiliksiz qaldı. Lakin bu diversiya hərəkətlərinin nəticəsində Rusiya əks nəticə aldı. Biz sonradan energetika sistemimizi yenidən tikdik və enerji asılılığımız praktiki olaraq dayandı. Biz buna həmçinin müstəqilliyə böyük zərbə olan korrupsiyanın  məhv etməsi ilə nail olduq”

Qeyd edək ki, ötən gün Ukraynanın Poltava vilayəti ərazisində Rusiya qazını Avropa ölkələrinə nəql edən qaz borusunda güclü partlayış baş verib. Ukrayna Daxili İşlər Nazirliyi isə bəyan edib ki, bu partlayış terror aktı ola bilər.

Modern.az  


Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu