Modern.az

Yunanıstanda “Böyük İpək Yolu”nun Üzvlər Şurasının iclası başlanıb - FOTO

Yunanıstanda “Böyük İpək Yolu”nun Üzvlər Şurasının iclası başlanıb - FOTO

18 İyun 2014, 13:40

Yunanıstanın Saloniki şəhərində “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının üçüncü iclası öz işinə başlayıb.  Bu barədə Modern.az-a  təşkilatın mətbuat xidmətindən məlumat verilib. Saloniki şəhər meriyasının inzibati binasında keçirlən açılış mərasimində Yunanıstanın Makedoniya və Trakiya naziri George Orfanos,  Saloniki şəhərinin meri Yannis Boutaris, “Böyük İpək Yolu” BGİ-nin sədri, Azərbaycan Milli Məclisinin üzvü Fuad Muradov,  Azərbaycan Respublikası  Gənclər və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin müdiri İlham Mədətov,“Saloniki Avropa Gənclər Paytaxtı-2014” proqramının prezidenti  Babis Papaioannou iştirak edib.

Saloniki şəhər meriyasnda keçirilən “Böyük İpək Yolu” BGİ-nin Üzvlər Şurasının iclasının açılış mərasimində çıxış edən Yunanıstanın Makedoniya və Trakiya naziri George Orfanos müxtəlif ölkələrədən olan gənclərin ölkəsinə gəlişindən məmnun olduğunu deyərək tarixi ipək yolunun bu gün mədəniyyətləri birləşdirdyini qeyd edib. Nazir təşkilatla Saloniki arasında əməkdaşlığın perspektivlərindən danışıb. “Mən inanıram ki, Böyük İpək Yolu” BGİ ilə Saloniki arasında olan əməkdaşlıq gələcəkdə də uğurla davam edəcək”-deyə nazir vurğulayıb.

Azərbaycan Gənclər Və İdman Nazirliyinin beynəlxalq əlaqələr şöbəsinin mudiri İlham Mədətov “Böyük İpək Yolu” BGİ-nin qısa vaxt ərzində böyük uğurlara imza atdığını deyib. “Əminəm ki, yaxın illərdə üzvlərinizin sayı daha da artacaq. Qlaballaşma dövründə bu cür əmədaşlıq önəmlidir”-deyə İ.Mədətov bildirib.

Açılış iclasında çıxış edən Saloniki şəhərinin meri Yannis Boutartis bu tədbirin ölkələr arasında əməkdaşlığa töhfə verdiyini vurğulayıb.“Hər kəsə burada iştirakı üçün təşəkkür edirəm. Sizi Salonikdə görmək çox xoşdur. Təşkilatın yeni strategiyası haqqında məlumatım var.Çox yaxşı haldır ki, burada Asiya, Afrika, Avropadan nümayəndələr iştirak edir. Ümid edirəm ki, ölkələr arasında əməkdaşlıq gələcəkdə də uğurla davam edəcək”-deyə mer qeyd edib.  Salonikidə müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin  yaşadığını bildirən mer şəhərin “tolerant şəhəri” adlandırıb. “Biz “Böyük İpək Yolu BGİ yeni ölkələrlə əməkdaşlığı dəstəkləyirik”-deyə mer çıxışında söyləyib.

“Böyük İpək Yolu” BGİ-nin sədri, Milli Məclisin deputatı Fuad Muradov Bildirib ki, tarixi ipək yol təkcə ticarət məqsədi daşımayıb, həmçinin müxtəlif  mədəniyytətlərin birləşdiyi bir yerdir.Qloballaşma dövründə cəmiyyətə mədəni müxtəliflik, dini ayrıseçkilik kimi terminlər daxil olub.Bizim iştəyimiz müxtəlif dinləri, mədəniyyətləri təmsil edən şəxsləri bir araya gətirməkdir”.

F. Muradov qeyd edib ki,  Azərbaycan höküməti, Gənclər və İdman Nazirliyi təşkilatın fəaliyyətini ilk gündən dəstəkləyir. Daha sonra BGİ sədri Üvlər Şurasının iclasına dəstək verdikləri üçün Yunanıstan rəsmilərinə, şəhər meriyasına təşəkkürünu bildirib.

Qeyd edək ki, Üzvlər Şurasının iclasında  təşkilatın cari məsələləri, 2015-ci il üçün fəaliyyət planı və yeni üzvlərin təşkilata qəbul olunması ilə bağlı müraciətləri müzakirə ediləcək.

Modern.az  
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu