Modern.az

Ermənistan prezidenti Gürcüstana gedib

Ermənistan prezidenti Gürcüstana gedib

18 İyun 2014, 15:37

Ermənistan prezidenti Serj Sərkisyanın bu gün Gürcüstana rəsmi səfəri başlayıb. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, onu hava limanında Gürcüstanın xarici işlər naziri Maya Pandjikidze qarşılayıb. Sərkisyan səfər zamanı əvvəlcə Gürcüstan prezidenti Qriqori Marqelaşvili ilə təkbətək görüşəcək, iki ölkənin əməkdaşlığının inkişafını nəzərdə tutan sənədlərin imzalanması mərasimi də keçiriləcək. Danışıqların nəticəsi olaraq dövlət başçıları birgə bəyanatla çıxış edəcəklər.

Bundan başqa Sərkisyanın Gürcüstan parlamentinin spikeri David Usupaşvili və baş nazir İrakli Qaribaşvili ilə də görüşləri nəzərdə tutulub.  


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu