İngiltərənin “Çelsi” klubu baş məşqçi Joze Mourinyonun uzun müddətdir arxasından qaçdığı türk ulduzun transferini bitirdi.
Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, transfer işlərini davam etdirən “Çelsi” sürpriz bir şəkildə türk ulduzu heyətinə qatıb. Daha əvvəl Arda və Hakan Çalhanoğlu ilə maraqlanan London klubu sürpriz transferi bitirib. Türkiyə Milli Komandasında da oynayan futbolçu üçün imzalar qısa müddət içində atılacaq.
Futbol həyatını Belçikada davam etdirən və “Benfika”nın heyətinə qatmaq istədiyi Sefa İşçi “Çelsi” ilə prinsipcə razılaşıb. “Benfika”nın baş məşqçisi Jorge Jesusun da diqqətini cəlb edən Səfanın Portuqaliyaya getməməsinin səbəbi isə “Benfika”nın oyunçunu bir mövsüm B komandada oynatmaq istəyi ilə bağlı olub.
Modern.az