Modern.az

Poroşenko birtərəfli atəşkəs elan etdi

Poroşenko birtərəfli atəşkəs elan etdi

18 İyun 2014, 16:28



Ukrayna prezidenti Pyotr Poroşenko rəsmi Kiyevin ölkənin şərqində birtərəfli qaydada atəşkəs elan etdiyini bildirib. Modern.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, prezident müddətin qısa olacağını və ilk növbədə silahlı separatçıların tərksilah olması, yaxud ölkəni tərk etmələrin üçün bu addımın atıldığını bildirib: “Sülh planı mənim birtərəfli atəşkəs barədə əmrimlə başlayır. Bundan dərhal sonra Donbas sakinlərindən dəstək almağı gözləyirəm. Bu dəstəyi qısa müddətdə görmək istəyirəm”.

Şərqi Ukraynadakı separatçı liderlər hələ ki atəşkəs planına münasibət bildirməyiblər.   

Modern.az
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu