İyunun 18-də “Azneft” İstehsalat Birliyi H.Z.Tağıyev adına NQÇİ-nin istismar etdiyi “Qala” sahəsində ləğv olunmuş köhnə quyuların təmizlənməsi prosesi zamanı 5-ci mədən ərazisindəki 1989-cu ildən ləğv edilmiş 1249 nömrəli quyunun ağzında yığılmış qazın partlaması bədbəxt sonluqla nəticələnib.
ARDNŞ-nin mətbuat xidmətindən Modern.az-a bildirlib ki, hadisə nəticəsində NQÇİ-nin elektrik qaz qaynaqçıları - 1965-ci il təvəllüdlü Əliyev Zakir Əsədulla oğlu və 1963-cü il təvəllüdlü Baranov Dmitri Viktoroviç xəsarət alaraq ölüblər. Hadisənin səbəbləri araşdırılır.
Modern.az