Modern.az

Dövlət Qoruğunun ərazisində narkotik bitki əkilib

Dövlət Qoruğunun ərazisində narkotik bitki əkilib

18 İyun 2014, 21:33

İyunun 14-də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində növbəti reyd keçirilib.

Nazirliyin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, reyd zamanı qoruğun Balakən rayon inzibati ərazisinə aid olan Gərəkli sahəsinin 9 saylı dolayında 0.06 hektar sahədə narkotik xassəli bitki olması güman edilən 101 ədəd bitki kolunun əkilib-becərilməsi faktı aşkar olunub. 

Faktla bağlı dərhal  Balakən rayon Polis Şöbəsinə məlumat verilib və hazırda araşdırma aparılır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları tərəfindən reydlər davam etdirilir.

 

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu