Modern.az

Lavrov İlham Əliyevə Putinin SALAM-ını çatdırıb: “Putin Bakıya səfərini tez-tez xatırlayır”

Lavrov İlham Əliyevə Putinin SALAM-ını çatdırıb: “Putin Bakıya səfərini tez-tez xatırlayır”

19 İyun 2014, 01:24

Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan prezidenti İlham Əliyevlə görüşü zamanı Vadimir Putinin salamını çatıdırıb. Modern.az XİN-in rəsmi saytına istinadən bildirir ki, Lavrov iki ölkənin strateji tərəfdaş olduğunu vurğulayıb. “Putin sizə salamlarını göndərir. O Bakıya ötən ilki işgüzar səfərini və qeyri-rəsmi ovqatdakı görüşü tez-tez isti sözlərlə xatırlayır”-deyə Lavrov bildirib.

XİN rəhbərinin sözlərinə görə, hər iki dövlətin regionda və beynəlxalq səviyyədə çoxlu ümumi maraqları var. S. Lavrov prezidentə bildirib ki, azərbaycanlı həmkarı ilə Xəzər sammitinə hazırlıq, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələləri əhatəli şəkildə müzakirə edib. Onun sözlərinə görə, Rusiya AŞPA-nın Nazirlər Komitəsinin sədrliyinə namizdəliyini fəal şəkildə dəstəkləyib. Lavrov Rusiya ilə Azərbaycanı “birbirinə yaxın dövlətlər” adlandırıb.

X. SƏFƏRLİ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu