Modern.az

Ukrayna və suriyadan gələn miqrantlar - Azərbaycanın Miqrasiya Xidməti məsələyə aydınlıq gətirir

Ukrayna və suriyadan gələn miqrantlar - Azərbaycanın Miqrasiya Xidməti məsələyə aydınlıq gətirir

19 İyun 2014, 11:08


Ukrayna və Suriya vətəndaşları tərəfindən Azərbaycanın Dövlət Miqrasiya Xidmətinə qaçqın statusu almaq üçün müraciət edən olmayıb. Bu barədə Modern.az-ın sorğusuna Dövlət Miqrasiya Xidmətindən cavab olaraq bildirilib.

“Son bir neçə ay ərzində Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qaçqın statusunun alınması ilə bağlı Suriya və Ukrayna vətəndaşları tərəfindən müraciətlər daxil olmayıb”, - deyə məlumatda qeyd edilib.

Qeyd edək ki, Suriyada hərbi toqquşmalar və Ukraynanın Şərqində qarşıdurmalar davam edir. 3 ildən çoxdur ki, Suriyada davam edən vətəndaş müharibəsində ölənlərin sayı 160 mini keçib. Hazırda Ukraynanın Şərqində isə rusmeylli separatçılarla hökumət qüvvələri arasında silahlı toqquşmalar səngimək bilmir. Ukraynada 500 mindən çox azərbaycanlı yaşayır.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu