Modern.az

Habil Əliyevin xanımı: “Atdığı dərmanlar Habil müəllimi elə yatızdırır ki…”

Habil Əliyevin xanımı: “Atdığı dərmanlar Habil müəllimi elə yatızdırır ki…”

19 İyun 2014, 11:33

“Habil müəllimin səhhəti yaxşılığa doğru dəyişir. Amma hələ ki, müsahibə vermək iqtidarında deyil. Danışmağa o qədər də halı yoxdur. Elə səhər yeməyin yeyəndən sonra da başın qoyub yatdı. Dərmanlar onu elə yatızdırır ki... Bunun da xeyri var ki,  Habil müəllim də sakit olsun”.

 Bunu Modern.az saytına açıqlamasında xalq artisti, kaman ifaçısı Habil Əliyevin həyat yoldaşı Şərqiyyə Əliyeva bildirib.
Qeyd edək ki, qocaman sənətkat bir həftə bundan qabaq tənəffüs çatışmazlığı səbəbindən xəstəxanaya yerləşdirilib. İki gündən sonra evə buraxılan H.Əliyev o vaxtdan müalicəsini davam etdirir. Xanımı Ş.Əliyevanın dediyinə görə kritik vəziyyət artıq geridə qalıb və H.Əliyev sağalmağa doğru gedir:

“İnşallah daha da yaxşı olar ki, müalicəsi davam edir. Həkimlər də müalicənin gedişindən razıdırlar. Maşallah qızlarımızın üşü də həkimdir. Onlar da atalarının başının üstündə dayanıblar. əsas odur ki,  kritik vəziyyətdən çıxa bildik”.

Elmin Nuri

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu