Modern.az

Bacısını öldürən, qardaşının evini yandıran qardaşlar ələ keçdi

Bacısını öldürən, qardaşının evini yandıran qardaşlar ələ keçdi

19 İyun 2014, 13:20

Şəmkirdə bacısını öldürən qardaş yaxalanıb. Modern.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 13-də Çaparlı kəndində Nəsibə Tağılını qətlə yetirmiş qardaşı Adil Tağıyev tutulub.

Digər məlumata görə, iyunun 17-də saat 19 radələrində Qax rayonunun Gürcü Kötüklü kənd sakini Mediko Babacanaşviliyə məxsus evin yanar konstruksiyaları və oradakı əşyalar yanıb.
Qax RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni ailə münaqişəsi zəminində törətmiş onun qardaşı İosif tutulub.


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu