Modern.az

Bakıda baş həkim vəzifədən çıxarıldı

Bakıda baş həkim vəzifədən çıxarıldı

19 İyun 2014, 13:24

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin balansında olan Mərkəzi Dənizçilər Xəstəxanasının (“Kaspar”) baş həkimi işdən çıxarılıb.

Modern.az saytı AzNews.az-a istinadən xəbər verir ki,  “Kaspar”ın baş həkimi Ramazan Məhərrəmov "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi"nin rəisi Rauf Vəliyevin əmri ilə vəzifəsindən kənarlaşdırılıb. Onun yerinə isə Terasim Rüstəmov təyin edilib. 

Qeyd edək ki, Rauf Vəliyev bu vəzifəyə təyin olunandan qurumda bir-birinin ardınca ciddi kadr dəyişiklikləri edir.

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu