Modern.az

İraqlı yazar: “İŞİD-ə qarşı hərbi müdaxiləni yalnız Türkiyə edə bilər"

İraqlı yazar: “İŞİD-ə qarşı hərbi müdaxiləni yalnız Türkiyə edə bilər"

19 İyun 2014, 15:26

“Kürdlərlə iş birliyi qurmaqda məcburuq. Mosulu işğal edən İŞİD Kərkükə bir neçə saata girə bilərdi. Onların Kərkükə girməməsinin arxasında kürdlərlə İŞİD arasında razılaşmadır. İŞİD heç Kərkükə girmək istəmədiyini nümayiş etdirir. Arada türkmənlər əziyyət çəkir. Çünki İŞİD gəldiyi ərazidə şiələrə qarşı qətliam törədəciyini bəyan edir”. Modern.az xəbər verir ki, bunu Bakıda keçirilən brifinqdə Kərküklü (İraq) jurnalist, şair və yazar Şəmsəddin Küzəci deyib. O, son günlər ərzində İraqda baş verən hadisələr, ərzində İraqda baş verən hadisələr, İŞİD terrorçularının Türkmənlərin yaşadığı Kərkük, Telafər, Mosul, Ərbil kimi şəhərlərdə, eləcə də ölkənin digər bölgələrində törətdiyi əməllər haqqında məlumat verib.

Şəmsəddin Küzəci bildirib ki, İraqda yaşayan hər bir xalqın arxasında dünya gücləri dayanır. Türkmənlərin də arxasında Türkiyə dayanır: "Türkmənlərin Azərbaycandan istəyi odur ki, mətbuatında bir təbliğat aparılmalı və türkmənlərə dəstək verilməlidir. Hərbi müdaxiləni yalnız Türkiyə edə bilər". Ş. Küzəci onu da əlavə edib ki, 1926-cı ildə İngiltərə ilə Türkiyə arasında razılaşmaya görə Kərkük və Mosul İraqın tərkibinə daxil edilib. “Bu razılaşma pozulandan sonra  Türkiyə Kərkük bölgəsinə müdaxilə edə bilər.  Bu beynəlxalq hüquqa zidd deyil. Ona görə də biz Türkiyə ordusunun müdaxilə etməsini istəyirik. Amma təəssüflər olsun ki, Türkiyə gözləmə mövqeyindədir.  Fikrimcə, İraq 3 dövlətə bölünəcək; sünni, şiə və kürd. Parçalanma nəticəsində Kərkük kürd bölümünə daxil ediləcək. Bu artıq gözlənilən məsələdir. Səddam Hüseyndən sonra İraq onsuz da federativ bir dövlət olmalı idi. Lakin İŞİD-in hücumu bu işi sürətləndirdi”.

  Rafiq Qənbərov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu