Modern.az

Millət vəkili Hadı Rəcəbliyə mükafat verildi

Millət vəkili Hadı Rəcəbliyə mükafat verildi

19 İyun 2014, 16:08


Bu günlərdə Beynəlxalq Muğam Mərkəzində "Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq" Milli İctimai Mükafatın 5-ci təqdimetmə mərasimi keçirilib. 

Xatırlatmaq lazımdır ki, "Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq" Milli Ictimai Mükafat 2004-cü ildə Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı tərəfindən UNİCEF və Avropa Birliyinin dəstəyilə həyata keçirilən eyni adlı proqram çərçivəsində təsis edilmiş və bir neçə müddətdən bir uşaq hüquqlarının təbliği və müdafiəsi prosesinə töhvə vermiş şəxsləri və təşkilatları qiymətləndirir. 

Bu Mükafatın laureatları sırasında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili professor Elmira Süleymanova, “Müşfiq” əlilliyi olan uşaqlara yardım ictimai birliyi, “Ümidli gələcək” gənclər təşkilatı, UNİCEF, “Save the Children”, “Azercell Telecom” şirkəti, “Ayna-Zerkalo” qəzeti, ANS TV, İTV, digər şəxslər və təşkilatlar  var. 

"Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq" Milli İctimai Mükafatın son 5-ci təltifetmə mərasimində  "Uşaq hüquqlarının müdafiəsi və təbliğinə xüsusi töhvə vermiş ilin millət vəkili" nominasiyasının qalibi millət vəkili, siyasi elmlər doktoru, professor Hadı Rəcəbli elan edilib. 

Xatırladaq ki, "Heç Bir Uşağı Nəzərdən Qaçırmayaq" Milli İctimai Mükafat özündə 85 qeyri-hökumət təşkilatını,  uşaq və gənclər qruplarını özündə birləşdirən Uşaq Hüquqları üzrə Azərbaycan QHT Alyansı tərəfindən verilir.

Hörmətli millət vəkilimizi QHT-lər, uşaq hüquqları və digər uşaqlar, gənclərlə bağlı qanunların müəllifini, qaçqın, köçkün uşaqların daim hamisi olmuş Hadi Rəcəblini biz də ürəkdən təbrik edir, ona daha böyük uğurlar diləyirik.

Modern.az
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu