Modern.az

Vahid Əhmədov: “Rusiya ilə əməkdaşlıq bəzi şərtlərlə mümkündür”

Vahid Əhmədov: “Rusiya ilə əməkdaşlıq bəzi şərtlərlə mümkündür”

19 İyun 2014, 16:37


“Azərbaycan Rusiya XİN başçısının təklifinə müsbət cavab verə bilər”. Milli Məclisin Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Vahid Əhmədov Rusiya xarici işlər naziri Sergey Lavrovun Moskva və Bakının antiterror əməkdaşlığı ilə bağlı təklifinə münasibət bildirərkən belə deyib.

Qeyd edək ki, ötən gün Bakıda səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrov İraqda və Suriyada baş qaldıran beynəlxalq terrorizmin Azərbaycan və Rusiya üçün təhlükə yaratdığını bildirib.

Vahid Əhmədov Modern.az-a açıqlamasında qeyd edib ki, antiterror əməkdaşlığı ilə əlaqədar olaraq bütün dövlətlər faktiki olaraq bir yerdə işləyirlər. Onun sözlərinə görə, Azərbaycanın işğal olunmuş ərazilərində narkotik vasitələrin ticarəti və terror əməliyyatları baş alıb gedir. Ermənistan, Dağlıq Qarabağ faktiki olaraq Rusiyanın nəzarətində olduğundan bizim üçün o qədər də əhəmiyyət kəsb edə bilməz.

“Azərbaycanla Rusiya qonşu dövlətdir. İki ölkə arasında ticarət əlaqələri var, Rusiyanın Azərbaycana böyük iqtisadi-siyasi maraqları var. Dünyada isə siyasi bölünmə prosesləri gedir. Azərbaycanın Avroasiya Gömrük İttifaqına daxil olması üçün Rusiyanın çalışması da gizli deyil. Baxmayaraq ki, açıqda belə bir təkliflərinin olmadığını deyirlər. Amma müəyyən təhdidlər var ki, Azərbaycan buna görə həmin İttifaqa qoşula bilər. Amma orada Ermənistan var. Ermənistan isə  Azərbaycan ərazisini 20%-ini işğal edib, bir milyon qaçqınımız var. Azərbaycanda ermənilər tərəfindən müəyyən terror hadisələri də törədilib. Bütün bunların qarşısını almaq üçün Rusiya ilə əməkdaşlıq etmək olar. Təbii ki, Azərbaycanın maraqları və müstəqilliyini qoruyub saxlamaq şərtilə”.

Deputat Azərbaycan hökumətinin Sergey Lavrovun təklifinə müsbət cavab verilə biləcəyini də gizlətməyib.  

Gültəkin ƏLƏSGƏR

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu