Modern.az

Gəncədə Aşıq Şəmşir gecəsi keçirilib

Gəncədə Aşıq Şəmşir gecəsi keçirilib

19 İyun 2014, 21:02

Gəncə şəhərində Avrasiya Beynəlxalq Araşdırmalar İnistutu İB-nin və “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İB-nin təşkilatçılığı ilə "Türk Dünyasının Aşıq, Ozan mərkəzlərindən olan Kəlbəcərdən Türk Dünyasına könül körpüsü. Ustad Ağdabanlı şair Qurbanın va Aşıq Şəmşir irsinin işığında Türk Dünyası Ozan gecəsi" adlı tədbir keçirilib. Tədbir iştirakçıları Göygöl rayonunda Dədə Şəmşirin abidəsini ziyarət edib, abidəsi önünə əklil qoyublar. Tədbirdən önçə Dədə Şəmşirin həyatına həsr edilmiş videoçarx nümayiş etdirilib.

“Aşıq Şəmşir" Mədəniyyət Ocağı İctimai Birliyinin sədri Qənbər Şəmşiroğlu tədbir iştirakçılrını və Türkiyədən gələn yazarlar və şairləri salamlayıb. Qeyd ediv ki, bü gün dövlətimiz milli-mənəvi dəyərlərimizə, o, cümlədən aşıq sənətinə xüsusi diqqət və qayğı göstərir.
Məzh bunun nəticəsidir ki, Azərbaycanın birinci xanımı, YUNESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təşəbbüsü ilə aşıq sənəti YUNESKO-nun qeyri-maddi irsin qorunması siyahısına daxil edilib.
Qeyd edilib ki, xalqın dərdi ilə ağlayıb, sevinci ilə gülən Dədə Şəmşir 60-70 –ci illərdə Azərbaycanda gedən dərin inkişafı və Heydər Əliyev həqiqətlərini məhəbbətlə tərənnüm edirdi.
XX əsrin aşıq sənətinin qüdrətli nümayəndəsi Aşıq Şəmşirin qeyri-adi səsi və çalğısı saz-söz sənətində silinməz izlər qoyub.
Bildirilib ki, Aşıq Şəmşirin ifasında 75 aşıq havası lentə köçürülüb. Bu günə kimi isə sənətkarın bəzi lent yazıları Azərbaycan Dövlət Radiosunun Qızıl Fondunda saxlanılır.
”Aşıq Şəmşirin irsi yalnız Azərbaycanın deyil, türk xalqlarının və onlarla eyni mədəni məkanda yaşayan qonşu xalqların da filoloq və musiqişünas alimləri üçün maraqlı və dəyərli tədqiqat obyektidir”. Millət vəkili, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin sədri Qənirə Paşayeva tədbirin məqsəd-məramı, ümumən respublikamıza qonaq gələn, fərqli ədəbi nəsillərə mənsub şair və yazıçıların bu səfəri ilə bağlı ətraflı bilgi verib. Bildirib ki, Aşıq Şəmşir şifahi xalq mədəniyyətimizin dərin bilicisi, mahir dastan ifaçısı kimi tanınan söz ustasının bədii yaradıcılığında Azərbaycan təbiətinin gözəllikləri, Vətən sevgisi, torpağa bağlılıq başlıca motivlərdir.

Sonra qardaş ölkədən gəlmiş nümayəndə heyətinin rəhbəri, Nevşəhirdəki ÜRGÜP FM-in sahibi A.Paslanmaz, Azərbaycana həsr etdiyi şeirini oxuyub, şeirin-sənətin, şair və yazıçıların xalqlar, ölkələrarası münasibətlərdə yeri və rolu haqqında danışıb.

Türkiyəli şairlər Yusuf Dursun, Dr.Mustafa Ziya, Nedim Uçar, Muhsin Durucan, Harika Ufuk, Yunus Kara, Bolat Ünsal, Mehmet Metin Baş, İbrahim Şaşma Azərbaycana gəlməkdən çox xoşbəxt olduqlarını, buranı da özlərinə vətən bildiklərini deyiblər və çıxışlardan sonta şeirlər oxuyiblar.

Tədbirdə İraq türkmanlarından şair-yazar Şemsettin Kuzeci çıxışında İraqda yaşanan son hadisələrdən danışıb və bütün Türk dünyasını İraq türkmanlarına daha böyük dəstək göstərməyə çağırıb. Sonda təşkilatçılar tərəfindən mükafat və plaketlər təqdim olunduqdan sonura aşıqların ifasında Dədə Şəmşirin irsinə hörmt olaraq saz havaları səsləndirilib. Onun haqqında xatirələr və dastanlar söylənilib.


 



Modern.az
 

 
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu