Modern.az

Müəllimlər imtahanda səhvlərə yol verib

Müəllimlər imtahanda səhvlərə yol verib

Təhsil

20 İyun 2014, 00:19


“Müəllimlərin çoxsaylı müraciətlərini və xahişlərini nəzərə alaraq sınaq qiymətləndirilməsinin nəticələrinin Bakı Şəhəri üzrə Təhsil İdarəsinin saytında yaradılacaq bölmədə yerləşdirilməsi qərarı alınıb. Nəticələr ilə iş nömrəsi, məktəb kodu və doğum ilini yazmaqla tanış ola biləcəksiniz”.
Modern.az xəbər verir ki, bunu Bakı Şəhəri üzrə Təhsil İdarəsi imtahan vermiş müəllimlərə müraciətində bəyan edib.

İdarə qeyd edib ki, sınaq qiymətləndirilməsində iştirak edən bir qism müəllimlərin cavab kartlarında şəxsi məlumatlarının kodlaşdırılmasında etdiyi səhvlər (və müəllimlərin əziyyəti nəzərə alınaraq həmin səhvlərin düzəldilməsi) emal prosesini müəyyən dərəcədə ləngidib.

Artıq nəticələrin emalı prosesi yekunlaşıb və sayta yerləşdirilməsinin texniki tərəfləri həll olunur. Ən qısa müddət ərzində müəllimlər öz nəticələrilə tanış ola biləcəklər.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu