Modern.az

Lukaşenkodan Putinə XƏBƏRDARLIQ: “Heç kim bizim ölkəyə tank yeridə bilməz

Lukaşenkodan Putinə XƏBƏRDARLIQ: “Heç kim bizim ölkəyə tank yeridə bilməz”

Təhsil

20 İyun 2014, 09:51

"Vladimir Putinin bizim ölkəyə tank yeridəcəyi ilə bağlı iddialar sadəcə gülməlidir”. Modern.az xəbər verir ki, bu sözləri Belarus prezidenti Aleksandr Lukaşenko deyib. O bildirib ki, heç bir vaxt hansısa ölkə onun rəhbərlik etdiyi ölkəyə tankla girə bilməz. A. Lukaşenko qeyd edib ki, Belarusu heç bir ölkə yürütdüyü siyasətdən döndərə bilməz.

Belarus lideri onu da etiraf edib ki, rəhbərlik etdiyi dövləti yalnız iqtisadi böhran çökdürə bilər. “Heç kim bizim ölkədə çevriliş edə bilməz, lakin Belarusun sabitliyini yalnız iqtisadi böhran poza bilər. Bunun baş verməməsi üçün keyfiyyətli və normal qiymətdə məhsul istehsal etmək lazımdır”,-deyə A. Lukaşenko bildirib.

Qeyd edək ki, Belarusun Avrasiya İttifaqına qoşulmasını bəzi şərhçilər onun müstəqilliyinə təhdid kimi qiymətləndirsələr də, A. Lukaşenko Kremllə münasibətləri yalnız ikitərəfli münasibətlərə söykənən əlaqələr kimi qiymətləndirir. O, hətta Krım məsələsində də Rusiyanı ittiham edən bəyanatlar səsləndirib.  

Aqşin Kərimov


Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu