Modern.az

Kılıçdaroğlu bu dəfə məşhur yazıçıları vahid namizəd kimi təklif etdi

Kılıçdaroğlu bu dəfə məşhur yazıçıları vahid namizəd kimi təklif etdi

Təhsil

20 İyun 2014, 10:20


Türkiyənin Cümhuriyyət Xalq Partiyasının  (CHP) sədri Kamal Kılıçdaroğlu müxalifətin vahid namizədi məsələsində yeni adlar açıqlayıb. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, “Halk TV”-də qonaq olduğu “Xalq areansı” verilişində CHP lideri ana müxalifətin prezident seçkisində iştirakı formatları barədə sualları cavablandırıb.

K. Kılıçdaroğlu bildirib ki, bir müddət öncə İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmeleddin İhsanoğlunu vahid namizəd kimi təklif edən CHP rəhbəri bu dəfə növbəti şəxslərin da adlarını açıqlayıb. Onun sözlərinə görə ədəbiyyat üzrə Nobel mükafatı laureatı, yazıçı Orxan Kamal prezident seçkisində vahid namizədliyə layiqdir. CHP lideri bundan başqa Türkiyənin başqa tanınmış yazıçısı Yaşar Kamalı da vahid namizəd kimi dəyərləndirib.

K. Kılıçdaroğlu E. İhsanoğlunun Türkiyə iqtidarını tənqid etməməsini isə belə əsaslandırıb: “O, parlamentli respublika  sisteminin tərəfdarıdır. O, buna görə prezident olmaq istəyir və sabah-axşam hakimiyyətin işinə müdaxilə edib onu tənqid etmir. Bunu özü də etiraf edir. Güman edirəm ki, İhsanoğlu televiziya kanallarına çıxıb çox aydın şəkildə fikirlərini açıqlayacaq”. 

Aqşin Kərimov  
Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu