Modern.az

Tovuzda baş verən atışma nəticəsində 3 nəfər yaralanıb - YENİLƏNİB

Tovuzda baş verən atışma nəticəsində 3 nəfər yaralanıb - YENİLƏNİB

Təhsil

20 İyun 2014, 10:47

Tovuzun Ermənistanla həmsərhəd olan 3 kəndində atışma baş verib. 

Modern.az Türkel TV-yə istinadən xəbər verir ki, axşam saatlarından başlayaraq kəndlərimizi atəşə tutan Ermənistan silahlı qüvvələrinə layiqli cavab verilsə də, bir nəfər Əlibəyli kənd sakini yaralanıb.

Ermənistan silahlı qüvvələri Tovuzun Əlibəyli, Hacallı və Koxanəbi kəndlərini atəşə tutub. Atışma iyulun 19-da, saat 18 radələrində başlayıb. Təxminən 5 saat davam edən atışma zamanı Əlibəyli kənd sakini Ənayət Əliyeva yaralanaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına gətirilib.

46 yaşlı qadını evə atılan iriçaplı gülənin yaratdığı qəlpələr yaralayıb. Üç yerindən - ayağından, qolundan və qarın boşluğundan yaralanan Ə.Əliyevanın vəziyyəti stabildir.

Sakinlər ermənilərin kəndi iriçaplı silahlardan, ara-sıra isə partladıcı təyinatlı silahlardan atəşə tutduğunu deyirlər.

Düşmənin xain həmləsinə Silahlı Qüvvələrimiz layiqli cavabı verib. Hazırda kəndlərdə vəziyyət stabildir.

***
Son məlumata görə, Tovuzdakı atışma nəticəsində 3 nəfər yaralanıb. Tovuz rayon Mərkəzi Xəstəxanasından bildirilib ki, ermənilərin mülki şəxsləri gülləbaran etməsi nəticəsində yaralanan 1942-ci il təvəllüdlü Qaraqız Qara qızı Nağıyeva, onun nəvəsi 5 yaşlı Nurcan Osman qızı Nağıyeva və 1967-ci il təvəllüdlü Ənayət Totan qızı Əliyevaya dərhal həkim yardımı göstərilib.

  

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu