Modern.az

Obamadan ŞOK BƏYANAT: “İran şiələri dəstəkləsə, vəziyyəti pisləşdirə bilər”

Obamadan ŞOK BƏYANAT: “İran şiələri dəstəkləsə, vəziyyəti pisləşdirə bilər”

Təhsil

20 İyun 2014, 11:57

“Biz İranla danışıqlarda təriqət davasını körükləməməyi başa saldıq”


“İran İraq böhranının həllində konstruktiv rol oynaya bilər. Bununla yanaşı, İran İraqdakı şiələri dəstəkləməklə və onları silahlandırmaqla güc kimi proseslərdə iştirak edərsə, vəziyyəti pisləşdirə bilər”. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bunu ABŞ prezidenti Barak Obama “İraq Şam İslam Dövləti”nin (İŞİD) zərərsizləşdirilməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. B. Obama bildirib ki, Vaşinqton Tehranla danışıqlarda dini torpaqlarda parçalanmanı körükləyən addımlar atılmamasını anlatmağa çalışıb. Ağ Ev rəhbəri qeyd edib ki, məzhəb qarşıdurması vətəndaş müharibəsi üçün proloq olar.

B.Obama onu da bildirib ki, Suriya məsələsində İranla ABŞ arasında ciddi fikir ayrılıqlar var.

Qeyd edək ki, İŞİD adlı terrorçu qruplaşma bir neçə gündür ki, İraqda gərginlik yaradıb. İŞİD Mosul, Tikrit kimi iri şəhərləri ələ keçirərək, Bağdada doğru irəliləyir.

Aqşin Kərimov

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu