“Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının Yunanıstanın Saloniki şəhərində keçirlən üçüncü iclasının iştirakçıları beynəlxalq əməkdaşlıq, 2015-ci il üzrə fəaliyyət planını və gənclər siyasətini müzakirə edib. Bu barədə təşkilatın mətbuat xidmətindən məlumat verilib.
İşçi qrupunun ikinci gün davam edən iclasında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, ölkəmizin Yunanıstandakı səfiri Rəhman Mustafayev iştirak edib. Nazir bildirib ki, “Böyük İpək Yolu” BGİ- gənclər sahəsində yeni platformadır. “Həyata keçirdiyiniz biri birindən maraqlı layihələri dəstəkləyirik. Təşkilatların bir-biri ilə qarşılıqlı münasibətdə olması çox önəmlidir”. A. Rəhimov vurğulayıb ki, oktyabr ayının 28-30-da Model of United Nations tədbiri keçiriləcək. “Sizləri də orada görməkdən məmnun olardıq. Mən böyük məmnuniyyətlə Böyük İpək Yolu BGİ - nin platformasını orada təqdim edəcəyəm”-deyə nazir vurğulayıb.
İşçi qrupunun iyunun 19-da keçirlən iclasında 2015-ci ilin fəaliyyət planı və gənclər siyasəti ətrafında müzakirələr olub. Üzvlər Şurası təşkilatın böyük uğur qazanmış “Gənc Şairələrin Beynəlxalq Forum”unu Böyük İpək Yolu regionları üzrə Avropa, Şərqi və Mərkəzi Asiya, Yaxın Şərq və Şərqi Afrika və Asiyada keçirilməsinə qərar verib.
Bundan başqa üzv təşkilatlar arasında könüllülük proqramının və təcrübə mübadiləsinin genişləndirilməsi, “Böyük İpək Yolu” BGİ-yə üzv olan ölkələrə və üzv olmayan ölkələrlə regional səviyyədə ikitərəfli və çoxtərəfli əməkdaşlığı inkişaf etdirmək, elektron kitabxananın yaradılması , üzv ölkələrin gənclər siyasəti üzrə məlumat bazasının yaradılması qərara alınıb.
Üzvlər Şurasının növbəti iclasının keçirldiyi yer də açıqlanıb. Bunun üçün Rusiya və Misirin namizədliyi irəli sürülüb. Səsvermə nəticəsində Misir oktyabr ayında keçirləcək Üzvlər Şurasının növbəti iclasının yeni ünvanı seçilib.
Modern.az