Modern.az

Buraxılış imtahanlarının cavabı bu gün açıqlanacaq

Buraxılış imtahanlarının cavabı bu gün açıqlanacaq

Təhsil

20 İyun 2014, 12:11

Tələbə Qəbulu Üzrə Dövlət Komissiyası ( TQDK) iyunun 18-də 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini bu gün açıqlayacaq.

Modern.az-ın məlumatına görə, nəticələr elan olunan kimi TQDK-nın rəsmi facebook səhifəsində məlumat veriləcək.

Qeyd edək ki, TQDK iyunun 18-də Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər və Bakı şəhərində Respublika Olimpiya İdman liseyinin 9 və 11-ci sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.

Misranə Həsənzadə

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu