Modern.az

Müsavat Milli Şuraya ALTERNATİV qurum yaradıb: Üzvlərin adı açıqlanacaq

Müsavat Milli Şuraya ALTERNATİV qurum yaradıb: Üzvlərin adı açıqlanacaq

20 İyun 2014, 13:08

İyunun 13-də Azərbaycan müxalifəti Milli Strateji Düşüncə Mərkəzi adlı qurum yaradıb. Ötən gün isə bu qurumun bəyanatı yayılıb. Bəyanatda bir sıra ümumi gələcək planlardan söz açılsa da, qurumda kimlərin və hansı partiyaların təmsil olunması məsələsi göstərilməyib.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı Modern.az saytın açıqlamasında bildirib ki, müxalifətin yeni düşüncə mərkəzində Azərbaycanın bir sıra tanınmış partiyaların, ictimai təşkilatlarının nümayəndələri, ekspertlər, ziyalılar təmsil olunur. Lakin  Müsavat rəsmisi ad çəkməyib və yaxın günlərdə ictimaiyyətə bu haqda ətraflı məlumat veriləcəyini qeyd edib.

“Bu qurum Azərbaycanın cari və strateji problemləri ilə bağlı olan məsələləri sistemli şəkildə müzakirə etməyi, bu istiqamətdə dəyirmi masalar keçirməyi planlaşdırır. Bu mərkəz Azərbaycan xalqının və dövlətinin inkişafı üçün lazım olan təkliflər irəli sürəcək. Bu qurum prosesləri yönləndirmək iddiasındadır”,-deyə A. Hacılı bildirib.

Müsavat funksioneri qurumun Milli Şuraya alternativ ola biləcəyi haqqında suala isə belə cavab verib: “Milli Strateji Düşüncə Mərkəzi hər hansı siyasi bloka alternativ qurum kimi  yaradılmayıb”.

Aqşin Kərimov  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu