İyunun 19-da Rumıniya prezidenti Trayan Baçeskunun qardaşı Mirça Baçesku prokurorluğun qərarı ilə saxlanılıb. Modern.az saytı xarici mətbuata istinadən xəbər verir ki, o, cinayətkar qruplardan birinin nümayəndəsini ədliyyə orqanlarının təzyiqindən qorumaq məqsədilə prezidentin kömək göstərəcəyini vəd edərək mafiyadan 250 min avro alıb. Məhkəmə bu gün onun barəsində həbs qətimkan tədbirinin çıxarılıb-çıxarılmayacağı məsələsinə baxacaq.
Prezident isə televiziyadakı çıxışında deyib ki, o, qardaşını mafiyanın şantaj etdiyini bilirmiş.
Modern.az