Tələbə Qəbulu Üzrə Dövlət Komissiayası (TQDK) iyunun 18-də 9 və 11-ci sinif şagirdləri üçün keçirilmiş buraxılış imtahanlarının nəticələrini bu gün açıqlayıb.
Modern.az-ın məlumatına görə, şagirlər nəticələri ilə TQDK-nın rəsmi internet saytında (//eservices.tqdk.gov.az/netorta/) və iş nömrələrini 7727 nömrəsinə göndərməklə tanış ola bilərlər.
Qeyd edək ki, TQDK iyunun 18-də Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Zərdab, Göyçay, Ucar, Kürdəmir, Ağdaş, Yevlax, Ağsu, İsmayıllı, Şamaxı, Qobustan, Quba, Şabran, Qusar, Xaçmaz, Xızı və Siyəzən rayonlarının orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər və Bakı şəhərində Respublika Olimpiya İdman liseyinin 9 və 11-ci sinif şagirdləri üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirib.
Misranə Həsənzadə