Modern.az

MTN vəhhabilərin toplaşdığı “Ləzgi məscidi”ndə əməliyyat keçirir?

MTN vəhhabilərin toplaşdığı “Ləzgi məscidi”ndə əməliyyat keçirir?

20 İyun 2014, 14:52


Bu gün günorta radələrində Daxili İşlər Nazirliyi və Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşları İçərişəhərdə yerləşən “Ləzgi məscidi” kimi tanınan cameədə əməliyyat keçirib. Modern.az saytı bildirir ki, hadisə yerində olan “Yeni Müsavat”ın reportyoru Fərahim İlqaroğlunun musavat.com-a verdiyi məlumata görə, hüquq-mühafizə orqanlarının  əməkdaşları məscidə gedən yolu bağlayıblar:

“Ərazidə çox sayda polis əməkdaşı var. Onlar maşınlarla yolları bağlayıblar. Eyni zamanda cümə namazına gələnlərin qarşısı kəsilir. Onlar birbaşa “Cümə məscidi”nə yönləndirilirlər”.

Jurnalistin sözlərinə görə, “Ləzgi məscidi”ndəki əməliyyat son vaxtlar bura gələnlərin sayı bağlıdır: “Ərzidəki ticarət köşklərində çalışanlardan öyrəndim ki, son günlər “Ləzgi məscidi”nə gələnlərin sayı çoxalıbmış. Onlar axşam saatlarında da məscidə gələrək tədbir keçirirmişlər”.

F.İlqaroğlunun sözlərinə görə, Səbail Rayon Polis İdarəsininin əməkdaşları “Ləzgi məscidi”nin bağlanmasını orada keçirilən “tədbir”lə əlaqələndiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu