Modern.az

DİN-in “Ləzgi məscidi”ndəki həbslərdən xəbəri yoxdur - AÇIQLAMA

DİN-in “Ləzgi məscidi”ndəki həbslərdən xəbəri yoxdur - AÇIQLAMA

20 İyun 2014, 15:55


““Ləzgi məscidi”ndə polisin əməliyyat apardığı barədə bizdə heç bir məlumat yoxdur”. Bu sözləri Modern.az-a açıqlamasında DİN mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov internet medianın 20-yə yaxın vəhhabinin saxlandığı barədə məlumatlarını şərh edərkən bildirib. DİN rəsmisi deyib ki, mətbuat xidmətinə belə bir informasiya daxil olmayıb.

Qeyd edək ki, bu gün İçərişəhərdəki “Ləzgi məscidi” kimi tanınan cameədə MTN və DİN-nin əməkdaşlarının əməliyyat keçirdiyi haqda informasiyalar yayılıb.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu