İranın keçmiş prezidenti Mahmud Əhmədinejat uzun fasilədən sonra ictimaiyyət arasında görünüb. Modern.az Mehr agentliyinə istinadən xəbər verir ki, 8 il bu ölkəyə rəhbərlik etmiş siyasətçi hüzr mərasiminə qatılıb.
İslam İnqilabı Keşikçilərinin “Qüds” birliyinin keçmiş rəhbəri general Məhəmməd Əli Cəfərinin atasının yas mərasimində iştirak edən eks-prezident foto kameralardan yayına bilməyib.