Modern.az

Azay Quliyev:”Bu sessiyalara Azərbaycanı tənqid edən QHT-lər dəvət edilir”

Azay Quliyev:”Bu sessiyalara Azərbaycanı tənqid edən QHT-lər dəvət edilir”

20 İyun 2014, 17:04

“Gələn həftə ATƏT-in Parlament Assambleyasının da toplantısı Bakıda keçiriləcək. Biz dəfələrlə qeyd etmişik ki, QHT-lərlə əməkdaşlığa hazırıq. Amma nədənsə həmin sessiyalara əsasən Azərbaycanı tənqid edən QHT-lər dəvət edilir. Hesab edirəm ki, QHT cəmiyyətinin bütün spektiri bu kimi tədbirlərə dəvət olunmalıdır”.

Modern.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyev Milli Məclisdə çıxışı zamanı belə deyib. O, bildirib ki, prezident QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətini gücləndirmək üçün sərəncam imzalayıb: “Azərbaycan dövləti həqiqətən də vətəndaş cəmiyyətinin möhkəmlənməsi üçün ciddi addımlar atır, ölkədən kənarda da QHT-lərə layihələr verə bilir. QHT-lərin bütün təşəbbüsləri dəstəklənib. Azərbaycanda baş verən bir sıra tədbirlərə QHT-lər də dəvət olunur. Gələn həftə ATƏT-in Parlament Assambleyasının da toplantısı Bakıda keçiriləcək. Biz dəfələrlə qeyd etmişik ki, QHT-lərlə əməkdaşlığa hazırıq. Amma nədənsə həmin sessiyalara əsasən Azərbaycanı tənqid edən QHT-lər dəvət edilir. Hesab edirəm ki, QHT cəmiyyətinin bütün spektiri bu kimi tədbirlərə dəvət olunmalıdır”.

Spiker Oqtay Əsədov da Azay Quliyevi dəstəkləyib. “NATO PA-da biz bunu gördük. Bundan NATO PA-nın sədri də narazı qaldı. Sessiyaları QHT tədbirlərinə çevirmək olmaz. Əgər kimsə bu QHT-lərlə görüşmək istəyirsə bunu edə bilər”-deyə spiker bildirib.

 

Gültəkin ƏLƏSGƏR

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu