Modern.az

Rəbiyyət Aslanova: "MTN-dən mənim və oğlumun fəaliyyətini araşdırmağı xahiş etmişəm"

Rəbiyyət Aslanova: "MTN-dən mənim və oğlumun fəaliyyətini araşdırmağı xahiş etmişəm"

20 İyun 2014, 18:17

“Mediada mənə və oğlum Elnur Aslanova qarşı başlanan kampaniya ilk gündən şər, böhtan, yalan və iftiradan başqa bir şey deyil. Qətiyyətlə bəyan edirəm ki, həm mən, həm də oğlum Elnur Aslanov dövlətimizə, xalqımıza, dövlət başçımıza həmişə sədaqətli olmuşuq və bundan sonra da sədaqətli olacağıq”, -  Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova bu gün bəzi KİV-lərdə Prezident Administrasiyasının keçmiş şöbə müdiri, hazırda Rabitə və Yüksək Texnologiyalar Nazirliyində şöbə müdiri olan oğlu Elnur Aslanov və onun özünün ölkədən çıxmasına qadağa qoyulması, bank hesablarına, mülklərinə qeyri-rəsmi həbs qoyulması barədə dərc olunmuş məlumatları "Turan" agentliyinə təkzib edib.

R.Aslanovanın fikrincə, mediada tirajlanan bu böhtanlar sifarişdir. “Azərbaycanda hər kəs bunun hansı mənbədən qaynaqlandığını yaxşı bilir. Bu kampaniya başlanandan 3 dəfə Milli Təhlükəsizlik Nazirliyinə rəsmi müraciət edərək mənim və oğlumun fəaliyyətinin tam araşdırılmasını xahiş etmişəm. Bu gün də qəti əminliklə bildirirəm ki, bir millət vəkili, Azərbaycan vətəndaşı olaraq mənim və oğlumun fəaliyyətində zərrə qədər belə nöqsan tapa bilməzlər. Dönüklük, etibarsızlıq və sədaqətsizlik kimi keyfiyyətlər bizə yaddır. Mən və oğlum xalqımızın və dövlətimizin etimadını hansı vəzifədə olmağımızdan asılı olmayaraq həmişə şərəflə daşımışıq və daşıyacağıq”, - o qeyd edib.  

Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu