Günə erkən başlayırsınızsa, özünüzü şanslı hiss edə bilərsiniz, çünki gec qalxanlarla müqayisədə daha xoşbəxt, daha düzənli və daha sağlam bir həyatınız var.
Modern.az xəbər verir ki, aparılan araşdırmalara görə, səhərlər erkən qalxmanın sağlığımıza bir çox faydası var.Sağlam bəslənmək
Gec yatıb, səhər gec qalxan insanlar, çox yemək yeməyə daha meylli olurlar. Bu isə onların nəzarətsiz bəslənmələrinə və kökəlmələrinə gətirib çıxarır.
Düzənli bir həyat
Gec yatıb oyanan insanların erkən yatıb günəş doğmadan oyanan insanlarla müqayisədə çox daha plansız həyat tərzləri olur. Bunun səbəbi isə yuxu aclığından irəli gəlir. Belə ki, yuxunun ən önəmli saatlarında oyaq olduqları üçün gün ərzində yorğun, yuxulu, bitkin halda olurlar.
Depressiyadan uzaq həyat
Erkən qalxan insanların depressiyaya düşmə ehtimalları aşağıdır. Buna səbəb isə gün ərzində özlərini daha enerjili və gümrah hiss etmələridir.
Daha xoşbəxt bir həyat
Araşdırmalara görə, səhərlər erkən qalxan insanlar, özlərini daha xoşbəxt və enerjili hiss edirlər. Belə ki, gün boyu bütün planları həyata keçirməklə bir növ rahatlıq və əldə edirlər.
Səmərəli bir gün
Səhərin səssizliyi ilə günə adaptasiya olmaq daha yüksəkdir. “Vaxtın hardan gəlib keçdiyini anlamadım belə” demək istəyənlər üçün erkən saatlarda qalxmaq olduqca gözəl seçim olar.
Ayşən Mönsümlü