Modern.az

Kreml və separatçılar Poroşenkonun sülh planını bəyənmədi

Kreml və separatçılar Poroşenkonun sülh planını bəyənmədi

21 İyun 2014, 00:37


Ukrayna prezidenti Pyotr Poroşenkonun ölkəsinin cənub-şərqində separatçılara qarşə əməliyyatları dayandırmasına Rusiya münasibət bildirib. Modern.az rus KİV-nə istinadla xəbər verir ki, Rusiya prezidentinin mətbuat xidməti bununla bağlı bəyanat yayıb. Bəyanatda qeyd olunur ki, P. Poroşenkonun sülh planında danışıqlara başlamaq təklifləri yoxdur.

“Belə olan təqdirdə Rusiya özünü uyğun qərarın həllinin reallaşmasını diqqətlə təhlil etməlidir.  Təəssüf ki, ilkin analiz onu göstərir ki, bu hələ sülh danışıqlarına dəvət deyil”.  

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin də P. Poroşenkonun qərarını şərh edib. Onun sözlərinə görə məsələnin nə qədər ciddi olması haqqında indidən fikir bildirmək düzgün olmaz. “Çünki Ukrayna qoşunları Rusiya ərazilərini atəşə tutur. Bununla yanaşı Donetskdə də Ukrayna liderinin vədlərinə inanmırlar”,-deyə V. Çurkin bildirib.

Bu arada Luqansk vilayətinin separatçı lideri Valeri Bolotov təslim olmayacaqlarını bəyan edib.  

Xatırladaq ki, P. Poroşenko rəsmi Kiyevin  Ukraynanın cənub-şərqində əməliyyatları dayandıracağını söyləyib. O bildirib ki, 27 iyuna qədər əməliyyatlar dayandırılacaq.    

Modern.az

 
Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu