Ukrayna ordusu Rusiya ilə sərhəd yaxınlığında minaatanlardan atəş açmayıb.
APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, bunu müdafiə nazirliyinin mətbuat xidməti bəyan edib.
“Antiterror əməliyyatı davam edərkən hərbçilər separatçıların ələ keçirdikləri “Doljanskiy” keçid məntəqəsinə yaxınlaşıblar. Terroristlər hökumət qüvvələrinə müqavimət göstəriblər, mövqelərini saxlamağa cəhd ediblər. Bu zaman mərmilərdən biri Rusiya ilə sərhəd zolağı yaxınlığında partlayıb”, sənəddə qeyd edilir.
Ukrayna müdafiə nazirliyinin mətbuat xidməti ordu tərəfindən Rusiya ilə sərhəddə artilleriya və minaatanlardan atəş açılmadığını vurğulayıb: “Lakin terrorçular təxribat məqsədi ilə sərhəd yaxınlığında olan bölgələrdə iriçaplı silah, artilleriya və minaatanlardan fəal şəkildə istifadə edirlər”.
Modern.az