Dünya çempionatında qrup mərhələsinin oyunları davam edir. Modern.az xəbər verir ki, ötən gecə D qrupunda bir qarşılaşma baş tutub. İlk oyunda qələbə qazanan İtaliya və Kosta-Rika yığmaları münasibətlərinə aydınlıq gətirib. Bu görüşdə Kosta-Rika millisi 1:0 hesabı ilə qələbə qazanaraq 1/8 finala vəsiqə qazanıb.
E qrupunda İsveçrə və Fransa komandaları üz-üzə gəlib. Oyun fransızların böyükhesablı qələbəsi ilə başa çatıb – 5:2.
Qrupun digər oyununda Ekvador və Honduras yığmaları qarşılaşıb. Görüş Ekvadorun 2:1 hesablı qələbəsi ilə başa çatıb.
Honduras - Ekvador - 1:2
İsveçrə - Fransa - 2:5
İtaliya - Kosta-Rika - 0:1